Vaşinqton ABŞ ilə Çin arasında ticarət sazişinin imzalanacağı tarixi elan edib

Vaşinqton ABŞ ilə Çin arasında ticarət sazişinin imzalanacağı tarixi elan edib
  30 Oktyabr 2025    Oxunub:517
ABŞ və Çin ticarət sazişi layihəsinin hazırlığını yekunlaşdırıblar. Onun gələn həftə imzalanması planlaşdırılır.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Maliyyə naziri Skott Bessent çıxış edib.

Maliyyə nazirinin sözlərinə görə, Kuala-Lumpur sazişinin layihəsi üzərində işlər artıq ötən gün başa çatdırılıb. Sənədin əsas müddəlarından biri Çinin Amerikadan iri həcmdə kənd təsərrüfatı məhsulları alması ilə əlaqədardır.

O vurğulayıb ki, əldə olunan razılaşmalar dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı iqtisadi əlaqələri möhkəmləndirəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti