Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı
  30 Oktyabr 2025    Oxunub:725
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanunları imzalayıb.
AzVision.az xəbər verir ki, müvafiq məlumat Ukrayna parlamentinin teleqram kanalında dərc olunub.

“Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb”, - məlumatda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti