“Heç nə təklif etmədən təhqir yağdıranlar var. Onlar son vaxtlar sülh və ya ölkənin gələcəyi ilə bağlı nə təklif ediblər? Rusiya-Belarus İttifaqı dövlətinə üzvlükdən başqa? (Gümrü meri Vardan Qukasyana işarə) Onlar hansı siyasəti təklif edirlər?”, - Simonyan sual edib.
|
| Ermənistanda həbslər olub |
Xatırladaq ki, oktyabrın 20-də Ermənistanın təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarışlar aparıb. Daha sonra rüşvət almaqda ittiham olunan şəhərin meri Vardan Qukasyanın və daha 7 məmurun saxlanıldığı bildirilib. Məhkəmə Qukasyana münasibətdə iki aylıq həbs-qətimkan tədbiri seçib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


