Tanzaniyada baş verən etirazlar zamanı təxminən 700 nəfər həlak olub
Partiyanın nümayəndəsi Con Kitoka bildirib ki, məlumatlar xəstəxana və morqlara baş çəkən partiya üzvlərindən toplanıb.
“Amnesty International” təşkilatı da azı 100 nəfərin öldüyünü təsdiqləyib və zorakılığı pisləyib. Kitokanın sözlərinə görə, müxalifət hökumətdən etirazçıların qətlə yetirilməsinə son qoymağı tələb edir.
Etirazlar müxalifət partiyalarından olan bir neçə namizədin həbs olunması və ya seçkilərdə iştirakdan kənarlaşdırılmasından sonra genişlənib ki, bu da böyük ictimai narazılığa səbəb olub. Etirazlarla yanaşı, polis bölməsinin yandırılması və seçki məntəqələrinə hücumlar barədə də məlumatlar yayılıb.
Cavab olaraq, polis güc tətbiq edib və gözyaşardıcı qazdan istifadə olunub, ölkədə internet və rabitə bloklanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


