Metroda NFC ilə ödəniş imkanı yaradılıb

Metroda NFC ilə ödəniş imkanı yaradılıb
  01 Noyabr 2025    Oxunub:1358
Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəniş etmək mümkündür.
Bakı Metropolitenindən AzVision.az -a verilən məlumata əsasən, yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında: "Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr"da sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.

Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda sərnişinlər "BakıKart" və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər.

AzVision.az


Teqlər: metro  



Xəbər lenti