Ermənistanın viza möhürlərindən Ağrı Dağın təsviri çıxarılıb

Ermənistanın viza möhürlərindən Ağrı Dağın təsviri çıxarılıb
  03 Noyabr 2025    Oxunub:936
Bu gündən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb.

AzVision.az xəbər verir ki, bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib. Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan möhürün Ermənistan dövlətçiliyini gücləndirmək üçün dəyişdirildiyini bildirmişdi.

AzVision.az






Teqlər:



Xəbər lenti