“Lukoyl”un gəlirləri kəskin azalıb

 “Lukoyl”un gəlirləri kəskin azalıb
  01 Noyabr 2025    Oxunub:508
“Lukoyl”un RAS (Rusiya Mühasibat Uçotu Standartları) üzrə xalis mənfəəti 2025-ci ilin ilk doqquz ayında 14,2 faiz azalaraq 352,5 milyard rubl olub.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks” sənədə istinadən məlumat yayıb. Bu mənfəətin böyük əksəriyyəti, yəni 327,7 milyard rubl ilin birinci yarısında əldə edilib.

Beləliklə, üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 4 dəfədən çox azalaraq 24,7 milyard rubl təşkil edib. Doqquz ayda Rusiyanın ən böyük neft şirkətlərindən birinin gəliri 8,1 faiz azalaraq 1,95 trilyon rubla, satış gəliri isə 5,8 faiz azalaraq 374,35 milyarda düşüb.


AzVision.az



Teqlər:



Xəbər lenti