İrana qarşı gizli birlik

// 6 ərəb ölkəsi İsraillə məxfi əməkdaşlıq edib

   İrana qarşı gizli birlik
  02 Noyabr 2025    Oxunub:1105
Son 3 ildə 6 ərəb dövləti – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir, Bəhreyn ABŞ-nin vasitəçiliyi ilə Israillə gizli əməkdaşlığı gücləndiriblər. Söhbət əsasən hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqdan gedir.
“Vaşinqton post” yazır ki, bu barədə məlumatlar ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) gizli sənədlərində əksini tapıb.

Gizli görüşlər əsasən Bəhreyn, Misir, İordaniya və Qətərdə keçirilib. Toplantılarda İran əleyhinə görüləcək birgə işlər müzakirə edilib. Əsas mövzulardan biri İranın raket və dronlarından müdafiə məsələləri ilə bağlı olub.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Yaxın-Şərq  



Xəbər lenti