Tusk vurulan Rusiya PUA-larını göstərib I VİDEO

   Tusk vurulan Rusiya PUA-larını göstərib    I VİDEO
  04 Noyabr 2025    Oxunub:665
Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədə hesabında Rusiyaya məxsus pilotsuz uçuş aparatının qalıqlarını əks etdirən video yayımlayıb.
AzVision.az xəbər verir ki, cari ilin sentyabr ayının 10-na keçən gecə Rusiyaya məxsus 10-dan çox pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Məlumatlara görə, yalnız dörd PUA məhv edilib.

Tusk vurğulayıb ki, Polşaya uçan Rusiyaya məxsus pilotsuz uçuş aparatının hər biri məhv ediləcək. Onun sözlərinə görə, hakimiyyət ölkənin səmasını və torpağını belə obyektlərdən qorumaq üçün Polşanın müasir ordusuna milyardlarla zloti sərmayə qoyur.



AzVision.az



Teqlər:



Xəbər lenti