ABŞ Rusiya və Çinin qlobal standartları müəyyən etməsinə imkan verməyəcək

   ABŞ Rusiya və Çinin qlobal standartları müəyyən etməsinə imkan verməyəcək
  04 Noyabr 2025    Oxunub:638
Rusiya və Çinin qlobal standartları müəyyən etməsinə mane olmaq üçün ABŞ-nin BMT və onun bütün dünya üzrə bağlı təşkilatları ilə əlaqə saxlaması vacibdir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Breitbart” portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ seçim etməlidir:

“Biz sadəcə olaraq kənara çəkilib Çin, Rusiya və bütün digər ölkələrə qlobal standartları müəyyən etməyə icazə veririk. Yaxud biz müdaxilə edirik, bloklayırıq və şirkətlərimiz və “Öncə Amerika” gündəliyi üçün mübarizə aparırıq”, - diplomat bildirib.

O əlavə edib ki, ABŞ beynəlxalq gündəmdə iştirak etməsə, Rusiya, Çin və Avropa İttifaqı ölkələri bundan sonra Vaşinqtona təsir edəcək standartlar müəyyən edəcəklər.

AzVision.az




Teqlər:



Xəbər lenti