Dövlət büdcəsinin artım faizi açıqlanıb

Dövlət büdcəsinin artım faizi açıqlanıb
  04 Noyabr 2025    Oxunub:1033
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat proqnozlaşdırılır.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bu da ÜDM-in 28,8%-i həcmində olmaqla 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7%, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9% çoxdur.

Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat (0,7%), 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat (10,6%) çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1% təşkil edəcək.

AzVision.az


Teqlər: büdcə  



Xəbər lenti