Avropa ABŞ-dən “aydın təqvim” tələb edir

   Avropa ABŞ-dən “aydın təqvim” tələb edir
  08 Noyabr 2025    Oxunub:931
Avropa Vaşinqtondan qitədəki Amerikanın hərbi mövcudluğunun yaxın gələcəkdə azaldılması üçün “aydın təqvim” təqdim edəcəyini gözləyir.
AzVision.az xəbər verir ki, Avropanın Müdafiə məsələləri üzrə komissarı Andryus Kubilius “The Washington Post (WP)” nəşrinə müsahibəsində belə deyib.

“Məsələ Amerika qoşunlarının Avropadan çıxarılmasının növbəti mərhələsini nə vaxt gözləmək, bu prosesin nə qədər sürətlə davam edəcəyindədir”, - avrokomissar bildirib.

ABŞ Rumıniyadakı hərbçilərinin sayını azaldır
Onun sözlərinə görə, bu məlumatların bəziləri ABŞ administrasiyası tərəfindən məxfiləşdirilə bilər. Kubilius, eyni zamanda, “belə məlumatların açıqlanmasına ehtiyac olmadığını” diqqətə çatdırıb. Avropa İttifaqı (Aİ) sadəcə öz addımlarını planlaşdırmaq üçün bu məlumatları məxfi formatda almaq istəyir.

- Aİ öz planlarını hazırlamalı, gələcək hərbi inkişafa nə qədər sərmayə qoyacağına və hansı texnologiyaların inkişaf etdiriləcəyinə qərar verməli olacaq”, - Andryus Kubilius izah edib.

Avropakomissar vurğulayıb ki, Brüssel sadəcə ABŞ qoşunlarının bir hissəsini Avropadan çıxarmaq planları fonunda “Amerika ilə aydın, praktiki razılaşmaya” nail olmağa çalışır. Aİ amerikalıların qitənin müdafiəsini təmin etdiyi, Avropanın isə “sülh dividendləri” qazandığı günlərin arxada qaldığını başa düşür.

“Bu qurtarıb. Ona görə də hazırlaşmağa başlamalıyıq”, - Kubilius deyib.

Bununla belə, avropakomissarın bəyanatlarının ABŞ-nin faktiki olaraq Aİ-ni öz planları barədə əvvəlcədən məlumatlandırmaqdan imtina etməsi mənasına gəldiyi dəqiqləşdirilmir. Lakin Pentaqon bu yaxınlarda etiraf edib ki, məsələn, Rumıniya ABŞ-nin öz bu ölkədən çıxarmaq niyyəti barədə ictimaiyyətə açıqlamasından cəmi bir neçə gün əvvəl xəbər tutub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     ABŞ   qoşunlar  



Xəbər lenti