Epşteynin ruslara məlumat ötürmək cəhdlərini ortaya qoyan mərkəzi epizod onun 2018-ci il iyunun 24-də Avropa Şurasına (AŞ) rəhbərlik edən Norveçin keçmiş baş naziri Törbyorn Yaqlanda ünvanladığı məktubudur. Helsinkidə Tramp-Putin sammitindən bir ay əvvəl göndərdiyi məktubda Epşteyn ruslara Trampı daha yaxşı başa düşməyə kömək etməyə hazır olduğunu bildirib.
“Məncə, siz Putinə Lavrovun mənimlə danışaraq məlumat almasını təklif edə bilərsiniz”, - Rusiya XİN-in rəhbəri Sergey Lavrovu nəzərdə tutan Epşteyn yazıb.
|
| Tramp “Epşteyn işi”nin açıqlanmasını tələb edib | VİDEO |
- Çurkin gözəl insan idi. O, bizim söhbətlərimizdən sonra Trampı başa düşdü. Bu çətin deyil. Bunu başa düşmək üçün sadəcə baxmaq lazımdır, hər şey bu qədər sadədir”, - Epşteyn vurğulayıb.
Yazışmalardan bəlli olur ki, təklifi qəbul edən Yaqland ertəsi gün Lavrovun köməkçisi ilə görüşərək ona Epşteynlə əlaqə saxlamağı təklif edəcəyini bildirib. Bu əlaqənin sonda baş verib-vermədiyi və ya hər hansı bir məlumatın həqiqətən də ötürüldüyü bilinmir.
Trampın tənqidinə səbəb olan Helsinki sammitindən sonra Epsteyn onun nəticələrini digər nüfuzlu şəxslərlə müzakirə edib. Epşteynə görə, Trampın “baş verənlərin simvolizmi və ya daha dərin mənası barədə heç bir anlayışı yoxdur”.
“Açıqlanan elektron məktublar prezident Trampın səhv bir şey etmədiyindən başqa heç nəyi sübuta yetirmir”, - Ağ Evin mətbuat katibi Kerolayn Levitt Konqres müstəntiqlərinin açıqladığı məlumatı şərh edərkən deyib.
Amerika lideri Donal Tramp isə, özünün “Truth Social” sosial şəbəkəsində Epşteynin elektor məktubları ətrafında yaranan hay-küyü “demokratların diqqəti ABŞ hökumətinin bağlanması (şatdaun) ilə bağlı problemlərdən yayındırmaq üçün növbəti cəhdi” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


