Nazir müavinindən süni intellektlə bağlı xəbərdarlıq

   Nazir müavinindən süni intellektlə bağlı xəbərdarlıq
  02 Dekabr 2025    Oxunub:1384
Qlobal rəqabət qabiliyyətinin təmin edilməsi ölkələrin texnoloji inkişafından birbaşa asılıdır.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") "ASAN Süni İntellekt Mərkəzi"nin (ASAN AI HUB) açılış mərasimində bildirib. Onun sözlərinə görə,Azərbaycanda müxtəlif istiqamətlər üzrə olduqca böyük işlər görülməkdədir, buna süni intellektin tətbiqi də daxildir:

"Bu gün etiraf etməliyik ki, bu sahədə görülməli işlərin həcmi, artıq gördüyümüz işlərdən qat-qat çoxdur. Əgər hazırkı vəziyyətimizi düzgün qiymətləndirməsək, harada olduğumuzu və hara getməli olduğumuzu dəqiq müəyyənləşdirməsək bu, nəticə etibarilə iqtisadiyyatımıza mənfi təsir göstərə bilər".

O əlavə edib ki, bu il təsdiq edilmiş 2025–2028-ci illəri əhatə edən Milli Süni İntellekt Strategiyası süni intellektin məsuliyyətli və etik şəkildə tətbiqini, iqtisadiyyatın bütün sektorlarında innovasiyaların genişləndirilməsini və rəqəmsal təhlükəsizliyin gücləndirilməsini hədəfləyir", - nazir müavini əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti