Rusiya Şri-Lankada qaz terminalı tikəcək

   Rusiya Şri-Lankada qaz terminalı tikəcək
  15 Dekabr 2025    Oxunub:1047
"Ölkəmizdə mayeləşdirilmiş təbii qaz terminalının qurulması barədə Rusiya ilə ilkin danışıqlara başlamışıq".
Layihə haqqında Şri-Lankanın Rusiyadakı səfiri Şobini Qunasekera "TASS" xəbər agentliyinə müsahibəsində məlumat verib. O diqqətə çatdırıb ki, ölkəsində meydana gələn təbii fəlakətlər və iqlim dəyişikliyi amili fonunda təmiz enerjiyə keçid məqbul variant sayılıb.

(Şri-Lankanın Rusiyadakı səfiri Şobini Qunasekera)

Xanım səfirin sözlərinə görə, layihə ilə əlaqədar müzakirələr Şri-Lankanın energetika naziri Kumar Cayakodinin cari ilin oktyabr ayında Rusiyada keçirilmiş "Energetika Həftəsi"ndə iştirakı çərçivəsində başlayıb:

"Bu sahədə Moskva ilə əməkdaşlığa maraqlıdyıq. Sözügedən terminalın qurulmasına dair artıq Rusiya tərəfinə öz təkliflərimizi də vermişik. Beləliklə, proses irəliləyir. Konkret nəticə haqqında danışmaq hələ tezdir. Eyni zamanda, Rusiya neftinin Şri-Lankaya birbaşa mümkün idxalı istiqamətində də danışıqlar aparılır".

Məlumat üçün bildirək ki, hazırda Şri-Lanka Rusiyadan Hindistan və Yaxın Şərq vasitəsilə neft alır. Birbaşa idxal məsələsi 2023-cü ildən bəri qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Şri-Lanka   Rusiya   qaz   neft   terminal  



Xəbər lenti