Cəfər Pənahi: "Müdafiəsiz iranlıların dəstəyə ehtiyacı var"

      Cəfər Pənahi:    "Müdafiəsiz iranlıların dəstəyə ehtiyacı var"
  13 Yanvar 2026    Oxunub:884
"İranda hökumət mövcud sistemə son qoymaq məqsədilə beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyan müdafiəsiz insanları hədəf almaqdadır".
Bu sözləri İranın azərbaycanlı rejissoru, haqqında qiyabi həbs hökmü çıxarılmış Cəfər Pənahi Fransanın "France Inter" radiosuna müsahibəsində söyləyib. O bildirib ki, hökumətin hərtərəfli təzyiqinə baxmayaraq, İran xalqı bu gün küçələrə axışır, öz haqlı etirazlarını dilə gətirirlər: "Hökumətin böyük insan itkisi ilə nəticələnən vəhşiliyini qətiyyətlə pisləyirəm".
Iran International: "Aksiyalarda 12 min insan öldürülüb"

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   aksiya   rejissor   reaksiya  



Xəbər lenti