Erməni mütəxəssis: "İranda aksiyalar rejimi dəyişdirməyəcək" | VİDEO

      Erməni mütəxəssis:    "İranda aksiyalar rejimi dəyişdirməyəcək" |  VİDEO
  14 Yanvar 2026    Oxunub:580
"İranda meydana gələn bu cür hadisələr dünyanın böyük gücləri tərəfindən həyata keçirilir. Onların məqsədi İranı parçalamaqdır".
Bu sözləri Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryan "Sputnik" radiosuna müsahibəsində söyləyib. O bildirib ki, 85 milyon əhaliyə malik İranda etiraz aksiyaları ölkədə rejim dəyişikliyi ilə nəticələnməyəcək:

"Çünki əhalinin əksəriyyəti mövcud hökuməti dəstəkləyir. Müxtəlif ölkələrdə yaşayan əksər iranlılar da məhz hazırkı hakimiyyətin tərəfdarlarıdır. Diasporda keçmiş şah rejiminin İrana qayıtmasını istəyənlər isə çox azdır. Onlar da şah sülaləsindən kimin taxta çıxacağı məsələsində ortaq fikirdə deyillər".

Qarnik Asatryanın sözlərinə görə, təqribən 5 milyon iranlının yaşadığı ABŞ-də şahzadə Rza Pəhləvini dəstəkləyənlərin sayı çox cüzidir.

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar.
Almaniya Kansleri: "Molla rejiminin axırı çatıb"

Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   İran   etiraz-aksiyaları   reaksiya  



Xəbər lenti