Bloomberg: “Trampın sözləri Avropanı narahat edir”

   Bloomberg:    “Trampın sözləri Avropanı narahat edir”
  15 Yanvar 2026    Oxunub:1471
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin həllinə mane olduğu barədə iddiası Avropa liderlərində narahatlıq doğura bilər.
AzVision.az xəbər verir ki, Amerika liderinin “Reuters” agentliyinə müsahibəsində dediklərinə əsasən “Bloomberg” agentliyi belə qənaətə gəlib.

- “Reuters”ə verilən şərhlər, danışıqlar prosesində hələ də həllini tapmayan bəzi əsas mübahisəli məqamları aradan qaldırmaq cəhdi çərçivəsində Trampın Ukraynanı sərt güzəştlərə sövq edəcəyindən qorxan avropalı müttəfiqlərdə də narahatlıq doğura bilər”, - agentlik yazır.

Tramp: “Günahkar Zelenskidir”
Agentliyin fikrincə, Amerika lideri tərəflər arasında danışıqlar prosesində qalan ziddiyyətləri yumşaltmaq üçün belə tədbirlər görə bilər.

“Bloomberg” bildirir ki, Trampın bu sözləri Rusiya prezidenti Vladimir Putinin mövqeyindən açıq şəkildə narazılığını ifadə etdiyi son həftələrdəki açıqlamalardan fərqlidir.

Xatırladaq ki, yanvarın 14-də “Reuters” agentliyinə müsahibəsində Amerika lideri sülh sazişi üzrə danışqılarda hələ də razılığın əldə olunmamasında Ukrayna prezidenti Volodimir Zelenskini günahlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   Avropa  



Xəbər lenti