Paris Vaşinqtona xəbərdarlıq edib

Paris Vaşinqtona xəbərdarlıq edib
  16 Yanvar 2026    Oxunub:1377
Qrenlandiyanın ilhaq cəhdi qırmızı xətti keçəcək və bu, ABŞ-nin Avropa ilə iqtisadi əlaqələrinə təhlükə yarada bilər.
AzVision.az “Financial Times” nəşrinə istinadən bildirir ki, Fransanın Maliyyə naziri Rolan Leskyur amerikalı həmkarı Scott Bessentə belə xəbərdarlıq edib.

Farnsalı nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın adaya iddiaları ilə bağlı Avropa ölkələrinin narahatlığı barədə xəbərdarlığı hələ yanvarın 12-də Bessentə çatdırıb.

Tramp Qrenlandiyanı hədələyib
Bununla belə, Rolan Leskyur ilhaq olacağı təqdirdə Avropa İttifaqının (Aİ) mümkün sanksiyaları ilə bağlı suala cavab verməyib.

“Bu baş verərsə, biz tamam başqa bir dünyaya düşəcəyik və buna uyğunlaşmaq məcburiyyətində qalacağıq”, - Fransanın Maliyyə naziri, sadəcə, bildirib.

Rolan Leskyur həmçinin vurğulayıb ki, Qrenlandiya, tariflər və texnologiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Vaşinqtonla fikir ayrılıqlarına baxmayaraq, Avropa hələ də ABŞ ilə əməkdaşlığı davam etdirməlidir.

Xatırladaq ki, daha əvvəl Amerika lideri Donald Tramp Qrenlandiya əhalisinin ABŞ-nin tərkibinə daxil olmaq istəməməsini “onların problemi” kimi qiymətləndirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fransa   ABŞ   xəbərdarlıq  



Xəbər lenti