Qəzza üzrə Sülh Şurasının tərkibi bəlli olub

Qəzza üzrə Sülh Şurasının tərkibi bəlli olub
  17 Yanvar 2026    Oxunub:1460
Ağ Ev administrasiyası Qəzza sektorunda formalaşdırılmış Sülh Şurasının tərkibini açıqlayıb.
AzVision.az Ağ Evin bəyanatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurası konsepsiyasının həyata keçirilməsi məqsədilə diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahələrində təcrübəyə malik liderlərdən ibarət icraedici qurum formalaşdırılıb.

Sülh Şurasının tərkibinə ABŞ-nin Dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq baş naziri Toni Bler, amerikalı milyarder Mark Rouen, Dünya Bankının rəhbəri Acay Banqa, eləcə də ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxil edilib.

ABŞ Mərkəzi Komandanlığının Xüsusi Əməliyyatlar qüvvələrinin rəhbəri general-mayor Casper Ceffers isə Qəzzada Beynəlxalq Sabitləşdirmə qüvvələrinin rəhbəri təyin olunub.

Bəyanatda bildirilir ki, general-mayor Ceffers təhlükəsizliyin təminatı, sülhün qorunması və terrorizmdən azad dayanıqlı mühitin yaradılması məqsədilə təhlükəsizlik əməliyyatlarına rəhbərlik edəcək. O, həmçinin hərtərəfli demilitarizasiyanı dəstəkləyəcək, həmçinin humanitar yüklərin və bərpa üçün nəzərdə tutulan materialların təhlükəsiz çatdırılmasını təmin edəcək.

AzVision.az


Teqlər: Qəzza   Sülh   Şura  



Xəbər lenti