Prezidentlər Ərdoğanın andiçməsinə getməyəcək?

Prezidentlər Ərdoğanın andiçməsinə getməyəcək?
  19 Avqust 2014    Oxunub:3382
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində prezident həmkarları iştirak etməyəcəklər.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın avqustun 28-də Türkiyə Böyük Millət Məclisində keçirilən andiçmə mərasimində dövlət rəsmiləri, müxalifət partiyalarından olan nümayəndələr, xarici ölkələrin səfirləri, millət vəkilləri və mətbuat nümayəndələri iştirak edəcəklər.

Ərdoğan əvvəlcə Türkiyə Böyük Millət Məclisində and içəcək, bundan sorna isə Çankaya köşkündə prezident kürsüsünü təhvil alacaq.

Qeyd edək ki, türk KİV-lərində yer alan digər məlumata görə, prezidentlik fəaliyyəti başa çatan Abdulla Gül əvvəlki kimi aktiv siyasi fəaliyyətlə məşğul olmayacaq.

O, Ədalət və İnkişaf Partiyasına (AKP) geri dönəcəyini açıqlasa da, gündəlik siyasətlə məşğul olmayacaq.

A.Gül üçün İstanbulda ofis tikiləcəyi və onun bu şəhərdə yaşayacağı bildirilir.

Keçmiş prezidentin müşavirləri də onunla birlikdə prezident iqamətgahı Çankaya köşkünü tərk edəcək.

Abdulla Gülə yaxın mənbələrin yaydığı məlumata görə, o, universitet və qeyri-hökumət təşkilatlarında fəaliyyətini davam etdirəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti