`Ermənistan getsin Moskvaya şikayət etsin!` - ABŞ səfiri

`Ermənistan getsin Moskvaya şikayət etsin!` - ABŞ səfiri
  19 Avqust 2014    Oxunub:3116
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern ölkəsinin Rusiyaya qarşı yönəltdiyi sanksiyaların Ermənistandan da yan keçməyəcəyini bildirib.

AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, Ukrayna məsələsi ilə əlaqədar olaraq ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Ermənistana da ciddi ziyan vuracağı ölkədə böyük rezonansa səbəb olub. Bununla əlaqədar olaraq erməni mətbuatı ABŞ-ın Ermənistandakı səfirinin məsələyə münasibətini öyrənib. Lakin səfirin Ermənistana xoşun gəlmir get dostuna şikayət elə deməyi ermənilər üçün heç də ürəkaçan olmayıb.

“ABŞ-ın sanksiyaları Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Lakin sanksiyalar Ermənistanın da iqtisadiyyatına mənfi təsir edə bilər. Əgər nəsə, Ermənistanın xoşuna gəlmirsə, getsin Moskvaya şikayət etsin!”-deyə amerikalı diplomat ermənilərə `məsləhət` verib.

Bu arada amerikalı səfir Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri üçtərəfli görüşü də şərh edib. O bildirib ki, məhz bu görüşün nəticələrinə əsasən təmas xəttində atəşkəsin pozulması halları azalıb. Con Heffern hesab edir ki, Azərbaycan-Ermənistan arasında problemin sülh yolu ilə həllində ən yaxşı vasitə prezidentlərin görüşüdür.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti