Bir qədər əvvəl, fevralın 15-də ABŞ-nin keçmiş prezidenti Barak Obama podkaster Brayan Tayler Kohenə müsahibəsində demişdi ki, “haradasa oralarda yerdənkənar həyatın olması ehtimalı çox yüksəkdir”. Yada salaq ki, “haradasa oralarda” ifadəsi 90-cı illərdə çox məşhur olan “Məxfi materiallar” (“X-files”) serialına işarədir. Həmin serialın teqlaynı belə idi: “Həqiqət haradasa oralardadır” ( “The truth is over there” ).
Obama zarafatla əlavə etmişdi ki, prezidentliyi dövründə yerdənkənar sivilizasiyaların bizimlə təmas qurmalarına dair heç bir fakta rast gəlməyib. Bundan 4 gün sonra Donald Tramp Obamanın ixtiyarı olmadığı halda məxfi məlumatları açıqladığını bəyan edib: “O belə etməli deyildi. O böyük səhvə yol verib”.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


