NYT: "İran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır"

      NYT:    "İran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır"
  23 Fevral 2026    Oxunub:3272
"Prezident Donald Trampın əmri əsasında ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı hücuma keçərsə, Tehran qisas məqsədilə Vaşinqtonun Avropa və Yaxın Şərqdəki hədəflərinə zərbə endirmək niyyətindədir".
"The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən yazır ki, Tehran hazırda ABŞ-yə qarşı konkret cavab planı hazırlamayıb, amma müəyyən səviyyədə planlaşdırılma və koordinasiya fəaliyyəti belə bir hücumun baş verəcəyini göstərir: "ABŞ kəşfiyyatının gəldiyi qənaətə görə, İran həmçinin Yəməndəki müttəfiq "Husi" qruplaşmasına siqnal göndərə, Qırmızı dənizdən keçən Qərb gəmilərini yenidən raket atəşinə tutmaları barədə onlara əmr verə bilər".

Qəzet ABŞ hökumətinin adları çəkilməyən ali vəzifəli nümayəndələrinə istinadən vurğulayır ki, İranın digər müttəfiqləri "Hizbullah", yaxud "Əl-Qaidə"nin Avropa ölkələrindəki ABŞ hərbi bazalarına, səfirliklərinə terror hücumu həyata keçimələri təhlükəsi mövcuddur: "Avropa İttifaqı bu ehtimaldan narahatdır. Hücumun hansı səbəblə, necə meydana gələ biləcəyi hələlik məchuldur".
İran XİN: "ABŞ ilə mümkün sazişin mətni hazırlanır"

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəfə fevralın 17-də İsveçrənin Cenevrə şəhərində danışıqlar aparıblar. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyini diqqətə çatdırıb. Danışıqların növbəti mərhələsi isə fevralın 26-da Cenevrədə baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   Avropa   gərginlik  



Xəbər lenti