General Keynin üzləşdiyi dilemma
Ağ Evlə fikir ayrılıqları
Generalın ritorikası Trampın İrana qarşı hərbi əməliyyatın sürətli və uğurlu ola biləcəyini dəfələrlə irəli sürdüyü ictimai açıqlamaları ilə ziddiyyət təşkil edir.
“Den Keyn yalnız bir şeyi - necə qalib gəlməyi bilir və əmr verilsə, hücuma rəhbərlik edəcək”, - Amerika lideri sosial mediada yazıb.
Ağ Ev BQRK sədrinin prezidentə siyasi məqsədəuyğunluq ehtivası olmadan “tam seçimlər spektri” təqdim etdiyini vurğulayır. Administrasiyanın mətbuat katibi son qərarların prezidentin qəbul etdiyini diqqətə çatdırıb.
Bununla belə, mənbələrin dediyinə görə, “Vəziyyət Otağı”nda keçirilən görüşlərdən birində Den Keyn planlaşdırıldığından xeyli çox müddət ərzində davam edən İranda potensial rejim dəyişikliyi əməliyyatının proqnozlaşdırılan nəticəsinə zəmanət verə bilməyib.
Mark Millinin aqibətinin verdiyi dərs
General, sələfi Mark Millinin dövründə olduğu kimi, prezidentlə açıq qarşıdurmadan qaçmağa çalışır. Donald Trampın ilk prezidentliyi dövründə Mark Milli Amerika lideri ilə tez-tez açıq və özəl şəkildə toqquşurdu. Keyn daha ehtiyatlı taktika seçib - birbaşa qarşıdurmadan qaçmaqla yanaşı, peşəkar mövqeyini qapalı formatda çatdırmaq.
Müdafiə Nazirliyindəki bəzi şəxslər onun prezidentlə ünsiyyətində “zərbələrə dözdüyünü” düşünürlər. Bunu təkzib edən BQRK-nın sözçüsü general Den Keynin bütün risklərə əsaslanaraq hərbi məsləhət vermək kimi qanuni rolunu yerinə yetirdiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


