Reuters: “Fransa Avropa üzərində “nüvə çətiri”ni açmağa hazırdır
Hazırkı doktrinaya əsasən, Fransanın mövqeyi istənilən ilk nüvə zərbəsinin qarşısını almaq üçün ciddi itkilərə səbəb ola biləcək minimal, lakin etibarlı bir arsenal saxlamaqdır.
Fransa rəsmiləri Makronun çıxışından əvvəl ətraflı məlumat verməsələr də, strateji mühitin onun 2020-ci ildəki əvvəlki çıxışından bəri, xüsusən də Rusiyanın arsenalının artırılması və 2022-ci ildə Ukraynaya hücumundan sonra nüvə ritorikasının güclənməsi səbəbindən kəskin şəkildə dəyişdiyini bildiriblər.
Fransalı məmurlar bir prinsipin dəyişməz qaldığını iddia edirlər: yalnız Fransa prezidenti nüvə zərbəsi endirmək əmri verə bilər. Makronun müşaviri “bu, həmişə belə olub və belə də qalacaq” reallığını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


