Türkiyə kəşfiyyatı İstanbulda terror aktları planlaşdıran terrorçuları saxlayıb

   Türkiyə kəşfiyyatı İstanbulda terror aktları planlaşdıran terrorçuları saxlayıb
  26 Fevral 2026    Oxunub:1497
Türkiyə kəşfiyyatı İstanbulda partlayıcı maddələrdən istifadə etməklə terror aktları törətməyi planlaşdıran dörd terrorçunu saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.

Şübhəlilər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində müəyyən ediliblər.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər qanunsuz strukturlar çərçivəsində fəaliyyət göstəriblər və İstanbulun müxtəlif strateji əhəmiyyətli nöqtələrində silahlı hücumlar planlaşdırıblar.

Hazırda araşdırma aparılır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti