Çubays ona qarşı sanksiyaların ləğv olunmasını xahiş edib

Çubays ona qarşı sanksiyaların ləğv olunmasını xahiş edib
  27 Fevral 2026    Oxunub:1719
Kanadada ona qarşı tətbiq olunan sanksiyalara etiraz edən “Rosnano” şirkətinin keçmiş baş direktoru Anatoli Çubays həmişə Rusiya prezidentinə müxalif mövqe tutduğunu və Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxdığını bildirib.
AzVision.az bildirir ki, Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, Çubays Kanada Federal Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən sonra belə açıqlama verib. O, məhkəmədən Kanada Xarici İşlər Nazirliyinə (XİN) onun açıqlamasına cavab verməyi tapşırmasını istəyir.

Anatoli Çubays keçən ilin sentyabr ayında Kanada XİN-dən ona qarşı sanksiyaların ləğvini xahiş edib, lakin qanunla tələb olunan 90 günlük müddət ərzində cavab almayıb.

“Korrupsiya ilə Mübarizə Fondu (KMF) məni “öz mülahizəsinə” əsasən Rusiyanın Ukraynaya işğalını dəstəkləyənlər sırasına daxil etdikdən sonra mənə qarşı sanksiyalar tətbiq olunub. Kanada Xarici İşlər Nazirliyinə təqdim etdiyim tərcümeyi-halımda Ukraynaya işğaldan çox əvvəl, “tarixən” Rusiya prezidentinə müxalif mövqe tutduğumu və 2022-ci ildə məni Rusiyadan getməyə məcbur müharibəyə qarşı çıxdığımı bildirmişəm”, - keçmiş rusiyalı məmur vurğulayıb.

Kanada XİN-ə göndərdiyi ayrıca bir məktubda Aantoli Çubays Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2025-ci ilin sentyabr ayında KMF-i “Rusiya demokratik qüvvəsi” kimi tanımaqdan imtina etdiyini diqqətə çatdırıb.

O, məhkəmədən ərizəsinin nəzərdən keçirilməsini sürətləndirməsini xahiş edib. Çünki sanksiyalar onun üçün həssas olan aktivlərin dondurulmasını da nəzərdə tutur ki, bu da 2022-ci ildən bəri Rusiyadan didərgin düşmüş Çubaysa ciddi problemlər yaradır.

- Sanksiyalar potensial olaraq mənim yaşaya, özümü və ailəmi təmin edə biləcəyim yeganə yerlərlə kövrək əlaqələrini dağıda bilər. Sanksiyalar mənə müharibəyə etiraz olaraq istefa verməzdən çox əvvəl və 2022-ci ildə hərəkətlərinə qarşı çıxdığım şəxslərlə bir sıraya qoyaraq nüfuzuma ciddi ziyan vurub”, - rusiyalı mühacir iddia edib.

Xatırladaq ki, Kanada 2025-ci ilin iyun ayında Anatoli Çubaysa qarşı sanksiyalar tətbiq edib. Rusiyanın Ukraynaya müdaxiləsi başladıqdan sonra o, Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən çıxarılıb və sonradan Rusiyadan gedib. 2025-ci ildə Rusiya Anatoli Çubaysın aktivlərinə və bank hesablarına həbs qoyub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çubays   Kanada   sanksiyalar  



Xəbər lenti