İsrail və ABŞ İranı bomabalayır | YENİLƏNİB

   İsrail və ABŞ İranı bomabalayır    | YENİLƏNİB
  28 Fevral 2026    Oxunub:1322
İsrailin “AMAN” hərbi kəşfiyyatının qeyri-rəsmi orqanı sayılan “Intelli Times” nəşrinin məlumatına görə, İsrail İran prezidenti Məsud Pezeşkyanın ofisi və Ali Rəhbər Əli Xameneinin evinin yerləşdiyi təhlükəsiz əraziyə hava hücumları həyata keçirdiyini yazır.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Xameneinin özü Tehrandan təhlükəsiz bir əraziyə aparılıb. İran hava məkanını bağlayır.

İranın nüvə mərkəzlərindən birinin yerləşdiyi İsfahanda da partlayışlar baş verib. Qum şəhərində partlayışlar barədə məlumatlar yayılıb. İsrail-ABŞ əməliyyatı İrana qarşı “Yəhuda Qalxanı” adlanır.

İsrail İrana hücum edib | VİDEO
ABŞ-nin Qətərdəki səfirliyi öz heyətinə təhlükəsiz ərazilərdə sığınmağı əmr edib.
İsrail Müdafiə Nazirliyinin sözçüsünün açıqlamasına görə, əməliyyat aylardır planlaşdırılırdı və başlama tarixi bir neçə həftə əvvəl təyin olunmuşdu.

Mossadın rəsmi farsdilli Telegram-kanalı iranlıları “İranı şanlı günlərinə qaytarmağa və rejimə qarşı mübarizələrinin” foto və videolarını paylaşmağa çağıraraq onların “tək olmadıqlarını” bildirib.

“İrana hava hücumları ölkənin təhlükəsizlik sistemini pozmaq məqsədi daşıyır. Hücumlar genişmiqyaslı olacaq”, - amerikalı məmurlardan biri “Əl-Cəzirə” telekanalına bildirib.

Onun sözlərinə görə, İsrail və ABŞ İranı birlikdə bombalayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   İsrail   İran   hücum  



Xəbər lenti