İrana qarşı iki yeni silah tətbiq olunub | VİDEO

// Admiral Kuper hesabat verdi

   İrana qarşı iki yeni silah tətbiq olunub    | VİDEO
  04 Mart 2026    Oxunub:1102
ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Купер İrana qarşı keçirilən “Epik qəzəb” əməliyyatı ilə bağlı hesabat verib.
O bildirib ki, 200-dən çox qırıcı və bombardmançı təyyarə İranın ərazisinin dərinliklərində yerləşən hərbi obyektlərə zərbələr endirib. Həmçinin İranın 17 gəmisi və sualtı qayığı məhv edilib. İran tərəfi bunlara 500-dən çox raket və 2000-dən çox dron atəşi ilə cavab verib.



- Hazırda ABŞ İranın qalan raketlərini və mobil buraxılış qurğularını məhv etməyə çalışır. İki aviadaşıyıcı qrup İranı dənizdən mühasirəyə alıb. İlk dəfə bu ölkəyə qarşı uzaqmənzilli PrSM raketləri və LUCAS kamikadze-dronları tətbiq olunub,- admiral Kuper bildirib.

Nə vaxt bitəcəyi hələ ki bilinməyən əməliyyatda ABŞ tərəfindən 50.000-dən çox hərbçi iştirak edir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   İran   Müharibə  



Xəbər lenti