SEPAH-ın kəşfiyyat qərargahı vurulub | VİDEO

SEPAH-ın kəşfiyyat qərargahı vurulub  | VİDEO
  09 Mart 2026    Oxunub:1508
İranın qərbində yerləşən Sənəndəc şəhərində SEPAH-ın “Şahramfar” (Shahramfar Base) qərargahına zərbə endirilib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İranın Kürdüstan vilayətinin inzibati mərkəzi olan Sənəndəcdə yerləşən "Şahramfar” bazası SEPAH-ın əsas hərbi və kəşfiyyat obyektlərindən biri hesab olunur. Qərargah regionda təhlükəsizlik və hərbi əməliyyatların koordinasiyasında mühüm rol oynayıb.

Hələlik hücumun nəticələri və mümkün itkilər barədə rəsmi məlumat açıqlanmayıb.

R. Əliyeva
AzVision.az


Teqlər:



Xəbər lenti