Politico: “Kiyev istənilən halda Aİ-dən pul alacaq”

   Politico:    “Kiyev istənilən halda Aİ-dən pul  alacaq”
  11 Mart 2026    Oxunub:2502
Macarıstan və Slovakiya 90 milyard avroluq krediti bloklamağa davam edərsə, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 30 milyard avroluq ayrıca vəsait verə bilər. Bu, birliyin bütün üzvlərinin təsdiqini tələb etməyəcək.
AzVision.az xəbər verir ki, Aİ-dəki diplomatik mənbələrə istinad edən “Politico” nəşri belə məlumat yayıb.

Aİ liderləri gələn həftə Brüsseldə keçiriləcək sammit çərçivəsində görüşəcəklər. İclasın gündəliyinə əvvəllər “Drujba” boru kəməri vasitəsilə təchizatın dayandırılması səbəbindən Kiyevə kreditin verilməsini dayandırmaqla hədələyən Macarıstan və Slovakiyanı veto hüququndan imtina etməyə və kredit tranşını dəstəkləməyə inandırmaq cəhdi daxildir.

“Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fitso sərt mövqelərini qoruyub saxlasalar, Baltikyanı və Skandinaviya ölkələri ilin birinci yarısında Ukraynanın büdcəsini dəstəkləmək üçün kifayət qədər ayrıca maliyyələşdirmə planını həyata keçirməyə hazırdırlar,” - müzakirələrin məzmunundan məlumatlı olan iki avropalı diplomat deyib.

Qəzet xatırladır ki, Ukraynaya fərdi kreditlərin verilməsi ideyası bütün Aİ ölkələrinin liderlərinin vahid kredit mexanizmi barədə razılığa gəldiyi dekabr sammitindən əvvəl də müzakirə olunub. Onda bu variant qəbuledilməz sayıldı, çünki bu, Aİ həmrəyliyi prinsipini sarsıdacaq və daxili fikir ayrılıqlarını üzə çıxaracaqdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   kredit  



Xəbər lenti