Şeyxülislam: "Dua etdik ki, müharibələr dayansın" | VİDEO

      Şeyxülislam:    "Dua etdik ki, müharibələr dayansın"    | VİDEO
  20 Mart 2026    Oxunub:2033
"Yaxın coğrafiyamızda müharibələr gedir. Mənim çağırışım budur ki, tərəflər silaha yox, sözə üstünlük versinlər, diplomatik dillə danışsınlar, razılığa gəlsinlər. Çünki müharibənin sonu yoxdur. Gec-tez yenə danışıqlara qayıdacaqlar, amma bu müddətdə çoxlu insan həyatını itirəcək".
Bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, nə qədər tez danışıq yolu seçilsə, bir o qədər yaxşı olar.

"Allah-Təala bizi, dövlətimizi və dövlətçiliyimizi qorusun. Çox çətin bir dövrdə yaşayırıq. Ətrafımızda baş verən hadisələr, müharibələr, insan qırğınları, günahsız insanların qanının tökülməsi hamımızı narahat edir. Dua edirik ki, bu müharibələr tezliklə dayansın. Allah-Təala Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyevə möhkəm can sağlığı versin. Belə çətin dövrdə dövlətə rəhbərlik etmək böyük məsuliyyətdir", - deyə QMİ sədri vurğulayıb.




Teqlər: Şeyxülislam   Ramazan  



Xəbər lenti