Avtobus qəzaya uğradı: 22 ölü

Avtobus qəzaya uğradı: 22 ölü
  21 Avqust 2014    Oxunub:1428
Hindistanda avtobus dərəyə yuvarlanıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Yol-nəqliyyat hadisəsi Hindistanın Pradeş ştatında baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 22 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda hadisə yerində xilasedicilər işləyir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti