Azərbaycanlı qız dünyanın ən nüfuzlu universiteti MIT-ə qəbul olub
Bildirilib ki, Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda uğurlu nəticələr əldə edib. O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb.
Eyni zamanda, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə qızıl medal əldə edib və “birincilərin birincisi” adına layiq görülüb.
Selcan Süleymanlı 2025-ci ildə keçirilən Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafat qazanıb, həmçinin Beynəlxalq Fizika Olimpiadasında bürünc medal əldə edərək bu yarışda medal qazanan ilk azərbaycanlı qız olub.
Qeyd edək ki, Selcan Süleymanlı TDV Bakı Türk Liseyinin MIT-ə qəbul olunan üçüncü məzunudur. Bundan əvvəl 2023-cü ildə Dəniz Səttarlı, 2024-cü ildə isə Sevinc Mahmudova həmin ali məktəbə qəbul olunublar.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


