Kür Ağcabədidə bəndi yarıb

Kür Ağcabədidə bəndi yarıb
  23 Aprel 2026    Oxunub:2387
Kür çayında suyun səviyyəsinin artması nəticəsində Ağcabədi rayonunun ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb. Hazırda bəndin bərpası istiqamətində tədbirlər görülür.
Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev bildirib ki, Kür çayında suyun səviyyəsi artdığından axın Qarqar çayı istiqamətinə yönəlib və 700 metr yuxarıda mühafizə bəndi sızma nəticəsində yarılıb.

Hazırda axan su əhali üçün heç bir təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımı dayandırmaq üçün tədbirləri görülür.


Teqlər: Kür  



Xəbər lenti