Türkiyə yeni qitələrarası ballistik raketini nümayiş etdirib

Türkiyə yeni qitələrarası ballistik raketini nümayiş etdirib
  05 May 2026    Oxunub:3240
Türkiyənin Milli Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzi İstanbulda keçirilən müdafiə, aviasiya və kosmik sənaye üzrə beynəlxalq SAHA EXPO 2026 sərgisində Yıldırımhan adlı qitələrarası ballistik raketi təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Bildirilib ki, raketin uçuş məsafəsi 6000 km (3728 mildən çox) təşkil edir. Dörd mühərriklə təchiz edilmiş raket 25 Max sürətinə çata bilir. Yanacaq kimi maye azot tetroksidi istifadə olunur.

Qeyd edək ki, Türkiyənin aparıcı müdafiə klasteri olan SAHA Istanbul tərəfindən təşkil edilən SAHA EXPO 2026 sərgisi mayın 5-dən 9-dək İstanbul Sərgi Mərkəzində keçiriləcək.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti