Türkiyə qol vura bilmədi

Türkiyə qol vura bilmədi
  14 İyun 2026    Oxunub:225
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha iki oyun keçirilib.
C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb.

D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş "ay-ulduzlular"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella açıqlamasında komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib: "Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı”.

Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.


Teqlər:



Xəbər lenti