"Hərbi təyyarələri dronlar əvəz edəcək" - Səlcuk Bayraktar

   "Hərbi təyyarələri dronlar əvəz edəcək" -    Səlcuk Bayraktar
  03 İyul 2026    Oxunub:363
"Hazırda dünyada 15 minə qədər hərbi təyyarə var. Zamanla, ehtimal ki, növbəti 30 il ərzində onlar pilotsuz uçuş aparatları ilə əvəz olunacaq və bu da aviasiyada “inqilab”a səbəb olacaq".
Bu sözləri Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Selçuk Bayraktar İstanbuldakı Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində NATO Parlament Assambleyası sammitinin bir qrup iştirakçısı ilə görüşdə deyib.

O, Türkiyənin KIZILELMA pilotsuz hərbi təyyarəsinin hazırlanması ilə 20 il əvvəl dünya şahmat çempionunu məğlub edən kompüter proqramının yaradılması arasında paralellər aparıb: “Dünya çempionu şahmat taxtına yüksəlmək üçün ən azı 40 il sərf etdi, amma soyuducu ölçülü bir maşına müqavimət göstərə bilmədi. Bu gün adi mobil telefon tətbiqləri eyni nəticələrə nail olur. Eyni sözləri sistemləri təcrübəli pilotdan daha çox şeyə qadir olan pilotsuz təyyarələr haqqında da demək olar”.

S.Bayraktar əlavə edib ki, dronların daha bir üstünlüyü onların müqayisəli əlverişliliyidir. Dron 10 ilə qədər davam edə biləcək pilot təlim proqramlarına ehtiyac duymur: Pilotun ölüm riskini də unutmamalıyıq. Əslində, insan aviasiyada ən baha başa gələn amildir.


Teqlər: Hərb   Aviasiya  



Xəbər lenti