Sensasiya: Əraqçı ilə Qalibafı ABŞ xilas edib

      Sensasiya:    Əraqçı ilə Qalibafı ABŞ xilas edib
  03 İyul 2026    Oxunub:503
Mart ayında gedən hərbi əməliyyatlar zamanı ABŞ hakimiyyəti İranın rəhbər şəxslərini xilas etmək üçün İsrailin zərbə planları ilə bağlı məxfi məlumatları Tehrana ötürüb. Bu sensasion məlumatı “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadla dərc edib.
Məlumatda deyilir ki, İranın rəhbərlərini qətlə yetirmək məsələsində ABŞ ilə İsrailin arasındakı ziddiyyət İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürüləndən sonra başlamışdı. Belə ki, Vaşinqtonda Laricaniyə gələcəkdə danışıqlar aparmaq üçün mümkün tərəfdaş kimi baxırdılar. İsrailin onu qətlə yetirməsi Amerikanın səbrini daşdırıb.


Qəzet yazır ki, Laricani öldürüləndən sonra ABŞ tərəfi İran hakimiyyətində danışıqlar aparmaq üçün tərəfdaş axtararaq, xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Qalibafa yol tapıb. Bundan sonra Vaşinqton həmin iki şəxsi aradan götürməməsi üçün Təl-Əvivə müraciət edib. Amma qaneidici bir cavab almayıb.

Belə olan təqdirdə ABŞ birbaşa İran tərəfi ilə əlaqəyə girərək, İsrailin zərbə planları barədə məlumatları onlara ötürməyə başlayıb. Nəticədə İran hökuməti həmin iki şəxsin mühafizəsini gücləndirib və mümkün sui-qəsdlərdən qoruyub.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   İran   İsrail  



Xəbər lenti