Yaponiya mərkəzləşdirilmiş kəşfiyyat sistemi yaradır
Yeni qurum indiyədək müxtəlif dövlət strukturları arasında bölüşdürülmüş kəşfiyyat məlumatlarının toplanması və təhlilini vahid mərkəzdə birləşdirəcək. Xidmətin təxminən 700 əməkdaşdan ibarət olacağı bildirilir.
Nəşrin məlumatına görə, islahatlara təkan verən amillərdən biri Rusiyanın xüsusi xidmət orqanlarının Yaponiyadakı fəaliyyətinin artması ilə bağlı narahatlıqlardır. Bildirilir ki, Tokio Qərbin sanksiyalarından yayınmaq və Rusiya hərbi-sənaye kompleksi üçün ikili təyinatlı texnologiyaların əldə edilməsi məqsədilə istifadə oluna biləcək mərkəzlərdən biri kimi qiymətləndirilir.
“The National Interest” qeyd edir ki, yeni kəşfiyyat strukturu Qərb ölkələrinin xüsusi xidmət orqanlarının modeli əsasında fəaliyyət göstərəcək. Qurumun əsas fəaliyyət istiqamətləri xarici kəşfiyyat, əks-kəşfiyyat və kibertəhlükəsizlik olacaq, daxili siyasi nəzarət funksiyalarını isə yerinə yetirməyəcək.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: Yaponiya







Vaxtında, Aydın, Lazımlı!


