CENTCOM: İrana qarşı 13-cü gecə hava zərbələri başa çatıb

CENTCOM: İrana qarşı 13-cü gecə hava zərbələri başa çatıb
  24 İyul 2026    Oxunub:363
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ardıcıl 13-cü gecə həyata keçirilən hava zərbələrinin başa çatdığını açıqlayıb. Qurum eyni zamanda, Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatı üçün açıq qaldığını bildirib.
CENTCOM-un iyulun 24-də "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyatların məqsədi İranın mülki dənizçilər və Hörmüz boğazından keçən ticarət gəmiləri üçün yaratdığı təhlükəni azaltmaqdır.

Bəyanatda qeyd olunub ki, bu məqsədlə İranın hərbi komanda mərkəzləri, pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbarlar, rabitə şəbəkələri, sahil müşahidə məntəqələri və dəniz hərbi imkanları hədəfə alınıb.

M.Həsənli
AzVision.az



Teqlər:






Xəbər lenti