Sabah 39 dərəcə isti olacaq: Hava proqnozu açıqlandı
Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı ehtimal edilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


