Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

      Azərbaycan Türkiyəyə yeni səfir təyin edib
  24 İyul 2026    Oxunub:359
Prezident İlham Əliyev Rəşad Fəxrəddin oğlu Aslanovun Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Prezidentin digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın İtaliya Respublikasında, eyni zamanda Malta Respublikası və San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (IFAD) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

AzVision.az



Teqlər:






Xəbər lenti