Kinematoqrafiya ilə bağlı qərarlara dəyişiklik edildi
Bundan başqa, "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları"nın adı "Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları" kimi dəyişdirilib.
Sənədə əsasən, qaydalar boyunca "film istehsalçısı" və "xarici film istehsalçısı" ifadələri müvafiq olaraq "prodüser" və "xarici prodüser" sözləri ilə əvəz edilib. Həmçinin "istehsalçı", "birgə istehsalçı" və bu sözlərin müxtəlif hallarda işlənən formaları da "prodüser" anlayışı ilə əvəz olunub.
Dəyişikliklər "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərin tətbiqini təmin etmək məqsədi daşıyır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


