"Space TV"nin bank hesablarına həbs qoyuldu
Bankın iddiasına görə, şirkət kredit öhdəliklərini vaxtında yerinə yetirmədiyindən 118 380,87 ABŞ dolları əsas borc, 9 901,62 ABŞ dolları faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları məbləğində borc yaranıb.
Bu səbəbdən bank gələcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə "Space TV"nin bank hesablarına həbs qoyulmasını xahiş edib.
Məhkəmə ərizəni qismən təmin edərək, "Xalq Bank" istisna olmaqla, televiziya şirkətinin Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesablarına 140 313,06 ABŞ dolları məbləğində həbs qoyulmasına qərar verib.
Qərarda qeyd olunub ki, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, həmçinin dövlət büdcəsinə vergi, sosial və digər icbari ödənişlərin həyata keçirilməsinə mane olmur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


