Rosselxoznadzor həmçinin bildirib ki, yoxlamalar zamanı Rusiya bazarı üçün yüksək yağlı süd məhsullarının istehsalında üçüncü ölkələrdən gətirilən xammaldan istifadə halları təsdiqlənib. Bu isə Ermənistanın baytarlıq xidmətinin istehsalda yalnız yerli və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin müəssisələrindən əldə edilən xammaldan istifadə olunduğuna dair əvvəlki təminatlarına ziddir.
Qeyd edək ki, Rosselxoznadzor daha əvvəl Ermənistandan İrana məxsus güllərin qaçaqmalçılıq yolu ilə Rusiyaya gətirilməsi ehtimalı ilə bağlı da şübhələrini açıqlamışdı.
|
| Ermənistanın gül qaçamalçılığı-Rusiya araşdırmaya başladı |
Bundan başqa, Rusiya əvvəllər Ermənistanın bütün müəssisələrindən balıq məhsullarının idxalını da dayandırıb.
Yerli ekspertlərin qiymətləndirməsinə görə, Rusiya bazarına ixracla bağlı yaranan problemlər Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə və ölkənin ÜDM-nin 2 faizə qədər azalmasına səbəb ola bilər.
Məhəmmədəli Həsənli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


