Ağdamda yanğınlar genişlənib, mina partlayışları baş verir

   Ağdamda yanğınlar genişlənib,    mina partlayışları    baş verir
  24 İyul 2026    Oxunub:411
Ağdam rayonunda açıq ərazidə baş vermiş yanğın güclü küləyin təsiri ilə geniş sahəyə yayılıb.
Yanğın keçmiş təmas xətti boyunca yerləşən Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətlərindən aydın müşahidə olunur. Güclü tüstü ilə müşayiət olunan yanğın geniş ərazini əhatə edib.

Alovun minalardan tam təmizlənməmiş sahələrdə davam etməsi səbəbindən vaxtaşırı mina partlayışları qeydə alınır.

Yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər davam etdirilir. Yanğınsöndürənlər alovun yaşayış məntəqələrinə və kənd qəbiristanlığına keçməsinin qarşısını alıblar.

AzVision.az



Teqlər:






Xəbər lenti