Son fürsət: Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

      Son fürsət:   Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
  27 İyul 2026    Oxunub:331
Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçiminin müddəti bu gün saat 13:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar iyulun 27-si saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə seçimlərini internet vasitəsilə təsdiqləməlidirlər.

Qeyd edək ki, iyulun 27-si saat 09:15-ə olan məlumata əsasən, 15 633 bakalavr (Azərbaycan bölməsi üzrə 14 251, rus bölməsi üzrə 1 382 nəfər) ərizəsini təsdiqləyib.

İxtisaslaşma seçimi zamanı bakalavrlar bitirdikləri ixtisasa uyğun və istəklərinə əsasən 20-dək ixtisaslaşmanın kodunu seçərək «Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi» nə daxil edib təsdiqləyirlər.

Seçilən ixtisaslaşmalar bakalavrın seçim hüququna, bitirdiyi ixtisasa, eləcə də bəzi ixtisaslaşmalar üzrə xarici dil tələblərinə uyğun olmalıdır. Qəbul aparılan ixtisaslaşmalar və həmin istiqamətlər üzrə ayrılan yerlərin siyahısı «Magistr» jurnalının 4-cü nömrəsində təqdim olunub.

«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatında) Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün nəzərdə tutulan rəsmi portalından əldə etmək mümkündür.

Müsabiqəyə yalnız «Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi»ndə ixtisaslaşmaları seçərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.

İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.


Teqlər:






Xəbər lenti