Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
Adınıza şirkət açılması və qanunsuz pul köçürmələri
Vergi borcunun yaranması
Mülkiyyətinizdə olan ev, avtomobil kimi əmlak məlumatları (ünvanlar, qeydiyyatda olan şəxslər, alındığı tarix və s.)
Laborotoriya analiz nəticələriniz
Əməkhaqqı məbləğiniz, pensiya kapitalınız
Verdiyiniz etibarnamələr
Adınıza kredit götürülməsi
Cəlb olunduğunuz məhkəmə işləri
Sərhədkeçmə məlumatlarınız (tarixlər üzrə getdiyiniz ölkələr)
Hərbi mükəlləfiyyətiniz, cərimələriniz və s.
Yuxarıda qeyd olunan risklərin qarşısını SİMA yeni nəsil rəqəmsal imza sayəsində almaq mümkündür. Belə ki, burada rəhbər şəxs tam elektron qaydada (kabinet.sima.az) şirkətin istənilən əməkdaşına öz elektron imzasını ötürmədən imza səlahiyyəti verə bilir. Səlahiyyət ötürülən şəxs isə sistemə öz rəqəmsal imzası ilə daxil olduğu üçün rəhbərə aid heç bir şəxsi məlumata baxa bilmir, yalnız daxil olduğu sistem üzrə əməliyyatları icra edə bilir. Əlavə olaraq, hansı əməliyyatın hansı işçi tərəfindən nə vaxt icra edildiyi sistem üzərindən izləmək mümkün olur. Bununla da şəxsi məlumatların kənar şəxslərin əlinə keçməsinin qarşısı alınır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


